Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb

post-img

Mayın 31-də Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Xalq yazıçısı Anar Rzayev muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, Rəsul Rzanın həyat və yaradıcılığından söhbət açıb.

Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin xalqın mədəni yaddaşının qorunmasında oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin 2022-ci il tarixli sərəncamı ilə qoyulub, 2023-cü ildə rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin istifadəsinə verilib. Qeyd olunub ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi isə 2004-cü ildə yaradılıb.

Xalq artisti, diplomat Polad Bülbüloğlu, Xalq şairi Sabir Rüstəmxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu çıxış edərək Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb, onun ədəbiyyatdakı yenilikçi təfəkkürünü, klassik mövzulara yeni yanaşmalar gətirməsini xüsusi vurğulayıblar.

Rəsul Rzanın ailə üzvləri sevinc və qürur hisslərini ifadə ediblər. Anar Rzayevin həyat yoldaşı Zenfira Səfirovanın təşəkkür məktubu nəvəsi tərəfindən oxunub.

Tədbir bədii hissə ilə davam edib.

XQ

Mədəniyyət