Yanvar ayının 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Sumqayıt Dövlət Dram Teatrının “Xeyir xəbər” tamaşası təqdim olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqsəd ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni adlı pyesi əsasında “Xeyir xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında təqdim olundu. Ötən mövsun çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiətinə, teatr sevərlərini, müharibə veteranlarına, qazilərinə və şəhid ailələrinə təqdim olundu.
Növbəti dəfə Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə Bölgə Teatrlarının Bakı premyeraları layihəsi ilə Bakı teatr sevərlərinə, teatr ictimaiətinə, tamaşaçılarına təqdim olundu. Tamaşa eyni zamanda Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanmışdır.
Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçıları teatrında Bakı teatrsevlərinə, teatr ictimaiətinə, ziyalılarına və tamaçılarına uğurla təqim olundu.
Bir hissəli qəhrəmanlıq dramı olan "Xeyir Xəbər" tamaşasının Bədi rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının Baş rejissor Firudin Məhərrəmov, Quruluşçu rejissoru Fuad Cavadzadə, Quruluşçu rəssamı Nizami Dadaşev, Musiqi tərtibatçısı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, Qrafika işləri isə Sahil Nəzərova məxsusdur.
Rollarda Əməkdar artist Elmira Kərimova aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov, Əmrah Cəbiyev çıxış edib.
Tamaşa 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə İTHAF olunub.
XQ