TÜRKSOY-un rəsmi saytı xəbər verir ki, Nobel mükafatçısı, Türk alimi, Professor Dr. Aziz Sancara TÜRKSOY Daimi Şurasının Azərbaycanın Şuşa şəhərində keçirilmiş 40-cı iclasında qəbul etdiyi qərara əsasən “Türk Dünyası Mədəniyyət Elçisi” nişanı təqdim edilib.
Mərasim ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Aziz&Gwen Sancar” Fondundakı Mədəniyyət Mərkəzində keçirilib. Fondun İdarə Heyətinin sədri İsmayıl Arslanın moderatorluğu ilə keçən tədbir TÜRKSOY-un tanıtım filmi ilə açılıb. Mərasimdə Türkiyənin ABŞ səfirliyinin müşaviri Melih Seyfəttin Güngör, Sancar ailəsinin dostları, müxtəlif yaş qruplarından uşaqlar və universitet tələbələrinin daxil olduğu təxminən 150 dəvətli iştirak edib.
TÜRKSOY-un baş katibi Sultan Rayev xüsusi hazırlanmış “Türk Dünyası Mədəniyyət Elçisi nişanı”nın TÜRKSOY Daimi Şurasının üzvü olan nazirlərin yekdilliklə qəbul etdiyi qərarla verildiyini bildirib. O, çıxışında Prof. Dr. Aziz Sancarın Türk Dünyasının qüruru və ilham mənbəyi olduğunu vurğulayarq deyib ki, dünya şöhrətli alimin Türk mədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlığı və çalışqanlığı onu bəşəriyyət üçün nümunəvi bir sima edib. Sancarın kökünə bağlılığı və dünyanın ən prestijli platformalarında qazandığı uğurlar hər kəs üçün böyük motivasiya mənbəyidir.
Aziz Sancar ona təqdim olunan “Türk Dünyası Mədəniyyət Elçisi” nişanını həyatının ən önəmli mükafatı kimi xarakterizə edərək deyib: “Bu nişan mənim üçün bütün mükafatlardan daha qiymətlidir. Bu mənim xəyallarımdan biri idi. TÜRKSOY çox dəyərli bir qurumdur və bizi dünyada layiqincə təmsil edəcəyinə inanıram”.
Sonda Sancara Türk Dünyasının zəngin mədəniyyətini əks etdirən hədiyyələr təqdim olunub. Bu sırada Qazaxıstandan çapan, Qırğızıstandan qalpaq, Azərbaycandan Qarabağ zəfərini simvolizə edən xarıbülbül nişanı və daha bir neçə simvolik əşyalar yer alıb.
XQ
Aziz Sancar “Türk dünyası mədəniyyət elçisi” oldu
- Mədəniyyət
- 10:26 23.01.2025
- Oxunma sayı: 650
Açar sözlər:
Paylaş:
Hər kitab bir dünyadır
10:27 23.01.2025Mədəniyyət
Azərbaycanın şanlı Zəfər sədaları Vallettada səslənib
16:30 29.10.2025Lənkəranda kino günləri keçiriləcək
11:37 29.10.2025Qələbəyə çağırış nəğməsi
10:12 29.10.2025Vətən sevdalı şeiriyyət
10:09 29.10.2025Seyid Əzim Şirvaninin 190 illik yubileyi doğma Şamaxıda qeyd olunub
21:30 28.10.2025Dahi Cavid Naxçıvanda yad edilib
12:19 28.10.2025Gənclik şəhərinin musiqi beşiyi
12:18 28.10.2025-
- 20:25 29.10.2025
-
- 20:20 29.10.2025
-
- 20:15 29.10.2025
-
- 20:13 29.10.2025
-
- 20:06 29.10.2025
-
- 19:57 29.10.2025
-
- 19:43 29.10.2025
-
- 19:33 29.10.2025
-
- 19:21 29.10.2025
-
- 19:01 29.10.2025
-
- 18:52 29.10.2025
-
- 18:46 29.10.2025
-
- 18:35 29.10.2025
-
- 18:08 29.10.2025
-
- 18:02 29.10.2025
-
- 17:59 29.10.2025
-
- 17:51 29.10.2025
-
- 17:34 29.10.2025
-
- 17:29 29.10.2025
-
- 16:50 29.10.2025
-
- 16:44 29.10.2025
-
- 16:40 29.10.2025
-
- 16:30 29.10.2025
-
- 16:24 29.10.2025
-
- 16:24 29.10.2025
-
- 16:21 29.10.2025
-
- 16:11 29.10.2025
-
- 16:06 29.10.2025
-
- 15:49 29.10.2025
-
- 15:38 29.10.2025
-
- 15:37 29.10.2025
-
- 15:09 29.10.2025
-
- 14:54 29.10.2025
-
- 14:03 29.10.2025
-
- 13:26 29.10.2025
-
- 12:56 29.10.2025
-
- 12:43 29.10.2025
-
- 12:32 29.10.2025
-
- 12:28 29.10.2025
-
- 12:22 29.10.2025

