“Əllərin sehri”

post-img

Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb. Müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər uşaq, yeniyetmə və gənc çeşidli materiallardan hazırlanmış heykəltaraşlıq nümunələri təqdim ediblər. Bu günə qədər bu əsərlər arasından seçilmiş 140 müəllifin 160-a yaxın əsəri sərgilənib.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qədirli, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov, Xalq rəssamı, professor, heykəltaraş Xanlar Əhmədov, xalçaçı rəssam Tahir Məcid, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və başqaları çıxış edərək nümayiş olunan əsərlər haqqında öz ürək sözlərini bölüşüblər.

Sonra fəal tədris mərkəzlərinə və əsərləri sərgilənən gənc iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Sonda bildirək ki, bu qəbildən sərgilərin məqsədi uşaq və yeniyetmələr arasında yaradıcılıq ruhunun yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli istifadəsinə şərait yaratmaqdır.

Fidan SALMANOVA
XQ

Mədəniyyət