Xəbər verdiyimiz kimi, oktyabrın 8-də tanınmış şair, alim, tərcüməçi və publisist, Əməkdar jurnalist Adil Cəmilin 70 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan Klubunda yubiley məclisi keçirilib.
Görkəmli ədəbiyyatşünas, akademik Nizami Cəfərov məclisi açaraq Adil Cəmilin həyat və yaradıcılığı barədə məlumat verib. AYB-nin sədri, Xalq yazıçısı Anar, Xalq şairləri Sabir Rüstəmxanlı və Vahid Əziz, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, akademik Muxtar İmanov, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları çıxışlarında Adil Cəmilin elmi və bədii yaradıcılığının məziyyətlərindən danışıb, yubilyara yeni uğurlar arzulayıblar.
Məclisdə Adil Cəmilə Azərbaycan Yazıçılar Birliyinin və Mətbuat Şurasının yubiley diplomları təqdim olunub.
XQ