Tbilisidə azərbaycanlı rəssamın “Dostluq körpüsü” adlı sərgisi açılıb

post-img

Sentyabrın 23-də Gürcüstanın paytaxtı Tbilisidəki Parlament Kitabxanasının sərgi salonunda azərbaycanlı rəssam Xəyalə Mustafayevanın "Dostluq Körpüsü" adlı fotosərgisi açılıb.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir.

Bu əsərlər içərisində Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan patriarxı ikinci İlyanın portretləri, "Xarıbülbül", "Zəfər mənimdir deyə bilənindir", "Azərbaycan-Gürcüstan dostluq körpüsü" adlı əsərlər və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, əsir və itkin düşmüş ailələrin faciəsini əks etdirən tablolar, eləcə də Azərbaycanın və Gürcüstanın mədəniyyətindən, təbiətindən, sosial-iqtisad inkişafından bəhs edən əl işləri xüsusi yer alıb.

Rəssamın sayca 6-cı olan sərgisində Azərbaycanın və Gürcüstanın elm, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.

Onu da qeyd edək ki, sərgi yaxın günlərdə Azərbaycanda da keçiriləcək.





Mədəniyyət