Volqa-Xəzər dəhlizi obyektləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev İpək Yolunun Serial Nominasiyası üzrə Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiyasının hazırlanmasına dair onlayn iclasda iştirak edib. 

İclasda UNESCO-nun Ümumdünya İrs Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun nümayəndələri, həmçinin Qazaxıstan, Öz­bəkistan, Azərbaycan və Yaponiyadan olan ekspertlər iştirak ediblər.

Tədbirdə UNESCO/Yaponya İnam­lı Fondlar layihəsinin “İpək Yollarının Ümumdünya İrsi Namizədliyi Prosesinə Dəstək” layihəsinin III fazasının gedişatı müzakirə edilib.

Müzakirələr zamanı Azərbaycan nü­mayəndə heyətinin bu ilin sonunda Bakıda “İpək Yolu: Volqa-Xəzər dəhlizi” ikinci subregional konfransının keçirilməsi təklifi bəyənilib.

XQ

Mədəniyyət