İyulun 5-də Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək.
Teatrın rus bölməsinin hazırladığı tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.
Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.