Ünlü qarabağlıların ipək obrazları

post-img

Nizami Kino Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Qarabağın çiz­giləri” layihəsi çərçivəsindəeyniadlı sərginin açılışı olub. 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə dok­toru Gülnarə Xəlilova ipək yaylıqlar üzə­rində çəkdiyi rəsm əsərlərində Qarabağ bölgəsindən olan 22 görkəmli şəxsiyyətin portlerinin əks olunduğunu dedi. Bildirdi ki, bu əsərlər vasitəsilə onların doğulduğu məkan, həyat və yaradıcılıqları haqqında məlumatlarla tanış olmaq mümkündür. 

Sərginin açılışından sonra Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ha­zırlanmış, XIX əsr Azərbaycanın görkəmliqadın şairi, sonuncu Qarabağ xanı Meh­diqulu xanın qızı Xurşidbanu Natəva­na həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş olundu. Fon­dun dəstəyi ilə ərsəyə gəlmiş ekran işi 2023-cü ildə Natəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanmış, dünyanın müxtəlif ölkələrində nümayiş olunmuşdur. Filmin ideya müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndi­yeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. 

Qeyd edək ki, fond tərəfindən təşkil olunmuş bu layihələr 28 May Azərbayca­nın Müstəqilliyi Günü münasibətilə həya­ta keçirilir. Bu cür tədbirlərin Qarabağın və onun görkəmli şəxsiyyətlərinin irsinin beynəlxalq auditoriyalara çatdırılmasın­da xüsusi rolu var.

Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ













Mədəniyyət