NDU-da yubiley müsabiqə-festivalı

post-img

Naxçıvan MR – 100

Naxçıvan Dövlət Universitetində (NDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən festivalla bağlı tədbirdə univer­sitetin prorektoru Rafiq Rəhimov bu kimi müsabiqələrin önəmindən bəhs edib. 

Tədbirdə onlarla tələbə musiqi, bə­dii qiraət və rəqqaslıq üzrə öz bacarığını nümayiş etdirib. Onların arasından ən is­tedadlı olanların seçilməsi münsiflər heyə­tinin üzvləri – Bakı Xoreoqrafiya Akade­miyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, Hafiz Quliyev və Azərb­yacan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsliyə həvalə olunub.

Müsabiqənin sonunda münsiflər öz təklif və tövsiyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıblar. Qeyd edək ki, festival qaliblərinin yekun kon­serti may ayında keçiriləcək.

Sonra festival çərçivəsində univer­sitetin elmi kitabxanasında Əməkdar in­cəsənət xadimi Baba Vəziroğlu ilə görüş olub. Görüşdə universitetin prorektoru Arzu Abdullayev nasir, şair, tərcümə­çi, kinodramaturq Baba Vəziroğlunun yaradıcılığı haqda danışıb. Diskussiya formatında davam edən görüşdə Baba Vəziroğlu müəllim və tələbələrin sualları­nı cavablandırıb. Şairin öz şeirlərini söy­ləməsi maraqla dinlənilib.

Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev universi­tetin incəsənət fakültəsinin tələbələri və teatr studiyasının üzvləri ilə görüşündə te­atr, operetta sənəti, xarici ölkələrdə Azər­baycan operasının səhnəyə qoyulması haqqında iştirakçılara məlumat verib.

Xalq artisti Təranə Muradova və Milli Konservatoriyanın müəllimi Arslan Növrəsli isə NDU Musiqi Kollecinin tələ­bələrinə ustad dərsi keçiblər. Tədbirdə tələbələrin musiqi və rəqs bacarıqları qiymətləndirilib. Milli rəqslərimiz haqda danışan, dünya ölkələrində Azərbaycan incəsənətini və mədəniyyətini özünəməx­sus ustalıqla və incəliklə təmsil edən Tə­ranə Muradova tələbələrə ənənəvi ge­yimlərimiz barədə də məlumat verib. 

XQ

Mədəniyyət