"Romansların inciləri"

post-img

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində aprelin 3-də muzeyimizdə dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illik yubileyinə həsr olunmuş «Romansların inciləri» adlı konsert proqramı təqdim olundu.

Konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova(soprano), solist Yuliya Kərimova(piano) bəstəkarın yaradıcılığına aid məşhur əsərləri ifa etdilər. Qeyd edək ki, konsert Əqdəs Bağırzadənənin kuratorluğu ilə keçirilib.

Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində ekspozisiyamızda nümayiş olunan rus incəsənət ilə tanış oldular.

























Mədəniyyət