Qazax Teatrı Bakıda

post-img

Bakıdakı Aktyorlar Evində Qazax Dövlət Dram Teatrı truppasının ifa­sında Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında “Love Butik” tamaşası nümayiş etdirilib. 

Tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır. Gənc rejissor həm də Mədəniyyət Nazirliyinin “Öyrə­dərək öyrənirəm” layihəsi çərçivəsində teatrda təlimlər həyata keçirib.

Xatırladaq ki, səhnə əsərinin prem­yerası bir həftə öncə Qazaxda olmuş­du. Tamaşa paytaxt səhnəsində də uğurla keçib. Kənardan xoşbəxt gö­rünən ər-arvadın, əslində, bir-birinə yad insanlar olması, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə apar­maları əsərin əsas mövzusudur. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət