Avroviziyaya “Özünlə apar” -VİDEO

post-img

“Avroviziya 2024” beynəlxalq müsabiqəsində Azərbaycan təmsil­çilərinin ifa edəcəyi “Özünlə apar” mahnısı Avroviziyanın rəsmi “You­Tube” kanalında təqdim olunub. 

Bu mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləş­dirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılovdur. İctimaiyyətə ilk dəfə açıqlanan mahnı üzərində müəlliflə birgə gənc, istedadlı musiqiçilər Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles də işləyiblər. Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azər­baycan: Doğma nəğmələr” müsabiqə­sinin finalçısı İlkin Dövlətov ifa edib. 

Xatırladaq ki, püşkatma nəticəsində təmsilçilərimiz İsveçin Malmö şəhərin­də mayın 7-də ilk yarımfinalda səhnəyə çıxacaqlar.

Ə.DOSTƏLİ
XQ


Mədəniyyət