Gəncədə Nizami konfransı

post-img

Gəncədə Dövlət Tarix – Mədəniyyət Qoruğunun təşəbbüsü ilə “Dahilər unudulmur – Nizami Gəncəvinin əxilik tarixi” mövzusunda Beynəlxalq onlayn konfrans təşkil edilib. 

Əvvəlcə Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Rə­cəb Öztop türk dünyasının Mövlanə Cəlaləddin Rumi, Nizami Gəncəvi kimi dahi şəxsiyyətləri və XII əsrdə sufizm təriqətinin bir qolu olan əxilik ideologi­yasının onların yaradıcılığına təsiri ilə bağlı çıxış edib. 

Sonra Özbəkistan Respublikası Ali Məclisinin deputatı, dosent Gülbahor Səidqəniyeva, Səlcuq Unversiteti Fars dili və ədəbiyyatı bölümünün başqanı, professor Ali Temizel, Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universiteti Türkoloji araşdırmalar şöbəsinin müdiri Rahilə Ruzmanova, Səlcuq Universiteti Mövlanə Araşdırmaları İnstitutunun uz­manı, doktor Selman Karadağ, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, fi­lologiya üzrə fəlsəfə doktoru, professor, Almaz Ülvi Binnətova, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə dokto­ru Əlimuxtar Muxtarov mövzu ilə bağlı maraqlı məruzələr ediblər. 

Onlayn tədbirə Selcuklu Bosna Hersek Anadolu İmam Hatip liseyinin şagirdləri də qatılıblar. 

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə



Mədəniyyət