Rəssam Adil Şıxəliyev: “Yaradıcılığımın əsas hissəsini Vətən mövzusu təşkil edir”

post-img

Yaradıcılığımın əsas hissəsini Vətən mövzusuna həsr etmişəm. Siz burada keçmişdə və müasir dövrdə ölkəmizin həyatında baş vermiş mühüm tarixi hadisələrə həsr etdiyim “Qarabağdan məktub”, “Zəfər yolu”, “Şuşa” (triptix), “Vətənim mənim”, “Şuşada toy” əsərlərini, Azərbaycanın Ümummilli Liderinə ithaf etdiyim “Heydər Əliyev” portretini görə bilərsiniz.

Bu sözləri yanvarın 30-da Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyev XQ-ya müsahibəsində “Vətənim mənim” adlı sərginin açılışında deyib: - Sərgidə, həmçinin 30-a yaxın qobelen təqdim edilir. Sərginin təşkili Şirin Məlikovaya məxsusdur. Bu layihə üzərində uzun müddətdir ki, hazırlıq işləri görülürdü. Qeyd edim ki, nümayiş olunan hər bir əsərin Azərbaycanın bu günki tarixi, yaşanmış hadisələrlə bağlı əlaqəsi var. Hər bir əsərin özünəməxsus tarixçəsi var. İstər 1-ci, istərsə də 2-ci Qarabağ Müharibəsinə həsr olunmuş əsərlər və  müharibədən sonra ölkəmizin yenidən çiçəklənməsinə, Qarabağın dirçəlməsinə həsr olunmuş əsərlər hamısı bir mövzu üzərində işlənib. Burda hansısa kənar mövzulara ehtiyac duymamışam. Yaradıcılığımın əsas hissəsini Vətən mövzularına həsr etmişəm. 

Fidan
XQ

Mədəniyyət