3 əsrdən keçən milli səhnəmiz

post-img

“Azərbaycan teatrı – 150

Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə "Azərbaycan teatrı-150: 3 əsrdən keçən teatr" mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edilib, perspektivlər və mövcud problemlər müzakirə olunub.

Tədbirdə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin “Azərbaycan teatrı-150 - 3 əsrdən keçən teatr”, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin “Azərbaycan teatrı: uzaq proqnoz”, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin “Yeni dram, yeni dramaturgiya”, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadənin “Azərbaycan teatrı: külək və su”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “Azərbaycan teatrının sosioloji mənzərəsi: problemlər, perspektivlər” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun “Köhnə teatr və təzə bazar: menecment və marketinq strategiyası” mövzularında məruzələri dinlənilib.

Q.RAMİLƏ 
XQ

 



Mədəniyyət