Yazıçılarımızın əsərləri xarici portallarda

post-img

Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin dərcinə başlayıb.

Geniş oxucu auditoriyası tərəfindən izlənən bu  ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır. Yusif Səmədoğlunun yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifi tanınmış filoloq-alim ­Vilayət ­Hacıyev, redaktoru Hans-­Jürgen ­Maurerdir. 

İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı isə həmin layihə çərçivəsində tanınmış Azərbaycan yazıçısı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun “Son igidin nağılı...” hekayəsini təqdim edib.   Geniş oxucu auditoriyası olan portalda Fyodor Dostoyevski, Xuan Gil Albert, Qustavo Adolfo Bekker, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Roke Dalton Qarsia kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına da işıq salınıb.  

Növbəti sayda Orxan Fikrətoğlunun yaradıcılığı haqqında məlumatla bərabər dərc olunan hekayəni ispan dilinə yerli filoloq Fransisko Kapilla Martin və ispan dili mütəxəssisi Tutuxanım Yunusova tərcümə ediblər.

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət