Opera ifaçımız İtaliya səhnəsində

post-img

Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində italiyalı məşhur opera bəstəkarı Cakomo Puççininin 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.

İtaliyalı məşhur opera ifaçıları ilə eyni səhnəni bölüşən Afaq Abbasova konsert proqramında dünyaşöhrətli soprano Martina Serafinlə birgə çıxış edib. 

Xatırladaq ki, bu, həmyerlimizin  İtaliyada ard-arda 3-cü çıxışıdır. İyul ayında Afaq Abasova Torre del Laqo şəhərində (Toskana vilayəti) 69-cu Puççini Festivalı (14 iyul – 26 avqust) çərçivəsində təşkil edilən konsert-tamaşada çıxış edib. Həmçinin o, Kalabriya regionunun Tropea şəhərində dahi bəstəkar Cüzeppe Verdinin “Traviata” operasının konsert təqdimatında baş rolu ifa edib. 

Hazırladı:
Ə.DOSTƏLİ
XQ

Mədəniyyət