Güney Azərbaycanla bağlı yeni kitabça

post-img

Güney Azərbaycanda elm, mədəniyyət, mətbuat və ictimai fikrin dünəni və müasir problemləri ilə bağlı kitabça çap edilib. Nəşr “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin “Cənubi azərbaycanlı tanınmış elm, mədəniyyət, ictimai xadimlər və onların fəaliyyəti barədə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çap edilib. 

Yeni nəşrdə Güney Azərbaycanda elm, mədəniyyət, maarif məsələləri, ədəbiyyat, mətbuat tarixi və bu sahələrdə müasir problemlər barədə tədqiqatçı-alimlərin məqalələri yer almışdır. Müəlliflərin elmi-publisistik məqalələri İrandakı soydaşlarımızın elmi-ədəbi dünyagörüşü, intellektual vəziyyəti və oradakı ziyalıların həyat və fəaliyyətinə həsr olunmuşdur.

Kitabça geniş oxucu auditoriyası, həmçinin mövzu barədə araşdırma aparanlar üçün nəzərdə tutulmuşdur.

Anar ƏLİ,
XQ

Mədəniyyət