Tiana Yovanoviç "Gəncə" voleybolçularının sırasına qoşulur

post-img

Azərbaycan Yüksək Liqasında çıxış edən qadın voleybolçulardan ibarət “Gəncə” klubu  yeni mövsümə hazırlığı davam etdirir. "XQ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionatında debüt edəcək komanda heyətini yeni oyunçu ilə gücləndirib.

Belə ki, Gəncə təmsilçisi serbiyalı voleybolçu Tiana Yovanoviç ilə anlaşıb. Onunla bağlanan yeni müqavilə bir il müddətinə nəzərdə tutulub.

Ötən mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirən voleybolçu daha əvvəl “Jelezniçar", “Valyeva”, Belqrad”, “İnciya” və “ZOK Novi-Sad” klublarının da şərəfini qoruyub.

Xatırladaq ki. “Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. 

Onu da qeyd edək ki, komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Elçin ABBASOV,
XQ

İdman