Mədəniyyət naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli sentyabrın 28-də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşlarla görüşəcək.

Qeyd edək ki, sentyabrın 22-dək Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (020) 23 5 5619 telefon nömrəsi vasitəsilə müraciət edərək qəbula yazılmaq olar.

Mədəniyyət