Bu gün Premyer Liqada V tur start götürür

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tur start götürür.

“XQ” Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turun ilk matçında “Sabah” və “Turan Tovuz” klubları üz-üzə gələcəklər.  

Qeyd edək ki, hazırda ölkə çempionatına birinci pillədə 12 xalla “Zirə” komandası qərarlaşıb. Rəqibindən bir oyun az keçirən “gənclik şəhəri” təmsilçisi “Sumqayıt” klubu hazırda 7 xalla turnir cədvəlində 2-ci pillədədir. İlk üçlükdə aktivində 7 xalı olan “Qarabağ” qərarlaşıb. Hesabında 6 xalı olan Tovuz təmsilçisi isə 4-cü yerdədir. 5 xala malik “Neftçi” bşeinci, 4 xalı olan “Sabah” isə 6 sıradadır. 

Eyni xala malik “Səbail” və “Araz-Naxçıvan” isə müvafiq olaraq 7-ci və 8-ci pillələri bölüşürlər. Daha bir 4 xala malik “Kəpəz” klubu isə 9-cudur. Ötən IV turda heç bir xal toplaya bilməyən “Qəbələ” isə autsayderdir.

Onu da əlavə edək ki, saat 19:00-da start götürəcək matç “Bank Respublika Arena”da keçiriləcək. Turun digər oyunları 2-3 sentyabrda təşkil olunacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman