Qurban Qurbanov: Böyümək üçün çətinliklərə hazır olmalıyıq

post-img

Dünən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçından sonra media üçün keçirilən konfransda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, indiyədək 10-cu dəfə qrupa düşməyin böyük zəhmət sayəsində mümkün olduğunu və bunu çox arzuladığını gizlətməyib: “Hər il qruplarda oynamaq bizim üçün həm əlavə məsuliyyətdir, həm də bizə böyük inam verir. Böyümək üçün çətinliklərə hazır olmalıyıq. Bu il 10 rəqəmini tamamlamaq istəyirdik. Bəlkə də mənim üçün hansısa illərdən daha önəmli oldu”.

Xatırladaq ki, dünən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində “Qarabağ” - “Olimpiya”  oyunu 1:1 hesabı ilə başa çatıb. Lyublyanada keçiriən görüşdə isə Ağdam klubu 2:0 hesablı qələbə qazandığı üçün təmsilçimiz növbəti mərhələyə keçib. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman