UEFA “Qarabağ”a 200 min avro ödəniş edib

post-img

UEFA 2023-2024-cü illər mövsümündə avrokuboklarda iştirak edən Ağdamın “Qarabağ” klubuna ödəniş edib.

“XQ” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə 200 min avro verilib. Sözügedən vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, qitə futbol qurumu bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən bütün klublara ödəniş edib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman