Nevşehirdə Mədəniyyət Yolu Festivalı

post-img

Anadolu bölgəsindəki Nevşehir qardaş ölkədə keçirilən Kapadokya Balon və Kültür Yolu Festivalının ilk dayanacağı olub. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy jurnalistlərə açıqlamasında bildirib ki,   sənət adamlarını Türkiyə bu kimi festivallarla dəstəkləyir, eyni zamanda, bu tədbirlərin keçirildiyi şəhərlərin tanınması və markalaşmasına səy göstəririk.

“Bu yolculuğa 2020-ci ildə İstanbulda Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başladıq. İlbəil festival keçirdiyimiz şəhərlərin sayını artır. Bu il şəhərlərin sayını artıq11-ə çatdırdıq”, – deyə o bildirib.

Nazir daha sonra deyib ki, Kapadokya Balon Festivalını Ərzurum Palandöken, Trabzon, Sümela, Çanaqqala Troya, Başkent, Konya Mistik, İstanbul Beyoğlu Mədəniyyət Yolu, Diyarbakır Sur, İzmir Efes və son olaraq Antalya Mədəniyyət Yolu Festivalı izləyir. Mədəniyyət Yolu festivalları şəbəkəsinə Antep Qastro Festivalı da daxil edilib. Bu il 30 mindən çox türk sənətçisi 11 rayondakı 11 festivalda milyonlarla sənətsevərlə bir araya gələcək.

Nevşehir Kapadokya Balon Festivalı avqustun 13-dək davam edəcək. Ümumiyyətlə idə Türkiyə Kültür Yolu Festivalları avqustun 5-dən noyabrın 12-dək sürəcək. 

Mehmet Nuri Ersoyun bildirdiyinə görə, hədəf 2028-ci ilə qədər 35 şəhərdə mədəniyyət festivalları təşkil etməkdir.

“Xalq qəzeti”

 

Mədəniyyət