Tofiq Kazımov – 100

post-img

Masallı rayonunda tanınmış Azərbaycan rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə toplantı keçirilib.


Tədbirdə Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Kazımovun  tükənməz yaradıcılıq enerjisi sayəsində Azərbaycan milli teatr prosesində yeni üslubun – lirik- psixoloji teatr məktəbinin yarandığı vurğulanıb. Tofiq Kazımovun Akademik Milli Dram Teatrında baş rejissor kimi səhnələşdirdiyi “Sən həmişə mənimləsən”,”Yalan”, “Ölülər”, “Sənsiz”, “Hamlet” kimi dolğun tamaşaları Azərbaycan səhnəsini rövnəqləndirib.

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət