Bakıda “Qonaq teatr”lar

post-img

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırdığı növbəti uğurlu aksiyalarından biri də “Qonaq teatr” layihəsidir. Əsas etibarilə bölgə teatrlarını paytaxt teatrsevərləri ilə görüşdürüb, onların yaradıcılığını geniş auditoriya önünə çıxaran layihə Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə ilin sonunadək davam edəcək.
Hələlik cari teatr mövsümünün son qonaq kollektivi Sumqayıt Dövlət Dram Teatrı olub.  Gənclər şəhərinin teatr təmsilçiləri repertuarlarındakı baxımlı nümunələrdən birini – Türkiyə yazıçısı Turqut Özakmanın eyniadlı əsəri əsasında hazırlanan “Ocaq” tamaşasını ATXİ-nin səhnəsində (“Aktyor evi”) təqdim ediblər. Tamaşanın quruluşunu Xalq artisti Firudin Məhərrəmov verib.  


Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət