Köçəri söyləyib şərləmə türkü,
Türk tarix yaradan, damğa vurandı.
Torpağa sevgisi – bəşərin görkü,
Əkib-becərəndi, tikib-qurandı.
***
Qalalar ucaldıb, saraylar yapıb,
Könlü abad olub, yurdu şen olub.
Türkün dost üzünə açdığı qapı,
Düşmənə qazdığı məzar gen olub.
***
Doğudan-batıya yürüş eləyib,
Sürünə-sürünə ömür sürməyib.
Məni əyəməzsən, türkəm! – söyləyib,
Minnət götürməyib, söz götürməyib.
***
Beşikdən məzara əhdi pozmayan,
Zəfər nəğmələri oxuyandı türk!
Nağıl uydurmayan, yalan yazmayan,
Göydə Günəş kimi şaxıyandı türk!
Əli NƏCƏFXANLI

