Milli Xalça Muzeyində “İrsi izlər” adlı sərgi

post-img

Bu gün Milli Xalça Muzeyində “İrsi izlər” adlı sərgi açılıb.

Sərgi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” şirkətinin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının təşkilatçılığı ilə təşkil olunub. 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə 28 rəssamın 40-a yaxın əsəri  nümayiş etdirilir. 
Açılış mərasimində Tanınmış rəssamlar,  mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri açılış mərasimində iştirak ediblər. 
Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etmək sərginin əsas məqsədlərindən biridir. 

Rəssamlar Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digərlərinin əl işləri maraqla qarşılanıb.

Əsərləri nümayiş olunan müəlliflərə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanları təqdim olunub.

Sərgi günlərində ziyarətçilər rəsm əsərləri ilə tanış olmaqla yanaşı həmçinin bəyəndikləri əsərləri əldə edə bilərlər.

Anar Əli,
“Xalq qəzeti”

Mədəniyyət