Veneranın niyə peyki yoxdur?

post-img

Yerin yalnız bir təbii peyki var, Saturn və Yupiterin onlarla, Merkuri və Veneranın isə heç biri yoxdur. Niyə Günəş sistemindəki bəzi planetlərin təbii peykləri var, digərlərində isə yoxdur? 
Bu gün astronomlar hesab edirlər ki, Günəş sistemindəki planetlərin peyklərini ya onların cazibə qüvvəsi saxlayır, ya da Günəş sistemi ilə birlikdə yaranıblar.
Onların sözlərinə görə, bir cismin kütləsi nə qədər böyükdürsə, onun cazibə qüvvəsi də bir o qədər çox olur. Günəş ən güclü cazibə qüvvəsinə malikdir və buna görə də planetlər onun ətrafında fırlanır, çünki onları cazibə qüvvəsinin köməyilə özünə çəkir. 
Bir planetin peyki ondan elə bir məsafədə olmalıdır ki, planetin cazibə qüvvəsi Günəşin cazibə qüvvəsini üstələyə bilsin. Planetin cazibə qüv­vəsinin təbii peyki yaxınlıqda saxlaya bildiyi ən kiçik məsafəyə Hill sferasının radiusu deyilir.
Hill sferasının radiusu Venera və Merkuri üçün çox kiçik olduğuna görə, onlar peykləri öz ətrafında saxlaya bilmirlər. Çünki bu planetlərin cazibə qüv­vəsi Günəşin cazibə qüvvəsini üstələmək üçün kifayət qədər güclü deyil. Hətta uzaq keçmişdə Merkuri və Veneranın peykləri olsa belə, onlar Günəşin və ya digər cisimlərin təsiri altında bu planetlərdən uzaqlaşıblar. 
Beləliklə, peykləri olmayan iki planet Venera və Merkuridir. Marsın iki peyki var, lakin elm adamları hələ də onların necə meydana gəldiyi barədə mübahisə edirlər. Digərləri onların “Qırmızı planet”in yaranması zamanı meydana gəldiyinə inanır, bəziləri bunların böyük bir asteroidlə toqquşması nəticəsində yaranan Marsın fraqmentləri olduğunu, bir başqaları isə bu peyklərin planetin yanından uçarkən Marsın cazibə qüvvəsi ilə saxlandığını düşünür. 
Günəş sisteminin Yupiter, Saturn, Uran və Neptun kimi nəhəng planetləri Günəşə yaxın olan dörd planetdən daha böyük Hill sfera radiuslarına və daha böyük cazibə qüvvəsinə malikdirlər. Bu yolla ətraflarında çox sayda peyk saxlaya bilirlər. Son məlumata görə, Saturnun ən çox peyki var – 146. Yupiter 95 peyklə 2-ci, Uran 28 peyklə 3-cü, Neptun 16 peyklə 4-cüdür. 

PÜNHAN 
XQ

Maraqlı