İnsan həyatında 3 yaş dönəmi var ki, bu dövrdə ciddi xəstəliklərin yaranma riski artır və sağlamlıqda çökmə baş verir. Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu 3 yaşla bağlı jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, 40–45, 60–65 və 78–81 yaşarası dövrdə insan sağlamlığı üçün təhlükəli dövrdür.
Sağlamlıq üçün 40–45 yaş arası ilk krizis dövrüdür. Xüsusən, kişilərdə ürək–damar patologiyaları kəskin artır. Zərərli qidalanma, qeyri-sağlam həyat tərzi bu yaşda qaraciyərdə də ciddi dəyişikliklər yaradır. Həmin yaşda olanlar siqareti, içkini azaltmalıdırlar.
60–65 yaş arasında artıq orqanizmdə real patoloji fəsadlar başlayır. İnfarkt və insult riski 60 faiz artır. Çünki bu yaşda zədəli hüceyrələr çoxalır. İnsanın immun sistemi zəifləyir, onkoloji dəyişimlər və diabet məhz bu yaşda başlayır.
Təhlükə yaradan səbəblərdən biri oturaq həyat tərzi, piylənmədir.
78–81 yaşda intensiv olaraq beyinin qocalması, sümüyün zəifləməsi, əzələ kütləsinin əriməsi və sarkopeniya riski çoxalır. Demensiya, alzheymer, insult, infarkt riski 80 faiz artır. Bu yaşda müntəzəm olaraq müayinələrdən keçmək, həkim nəzarətində olmaq lazımdır.
Z.HÜSEYNLİ
XQ