Həndəsə və Fizika üzrə Hiperkompleks Sistemlər İnstitutunun direktoru Dmitri Pavlov News.ru-ya bildirib ki, Misirdəki Böyük Sfinksin hamının güman ediləndən xeyli əvvəl tikildiyini göstərən bir neçə amil var. Onun sözlərinə görə, bu məlumatlar heykəlin fironlar tərəfindən deyil, yüksək inkişaf etmiş sivilizasiyanın nümayəndələri tərəfindən tikildiyini göstərir.
“Misirlilərin özlərinin Sfinksi nə adlandırdıqları, onun nəyi simvolizə etdiyi və hətta nə vaxt tikildiyi hələ də məlum deyil. Rəsmi məlumatlara görə, o, təxminən 4,5 min il əvvəl Giza yaylasının qalan piramidaları ilə birlikdə inşa edilmişdir. Ancaq bunun əksini göstərən bir neçə amil var. Geoloqların fikrincə, Sfinksin ətrafındakı divarların aşınması onun yağışlı mövsümdə tikildiyini deməyə əsas verir. Təxminən altı-səkkiz min il əvvəl. Müvafiq olaraq, onu və piramidaları fironlar deyil, daha inkişaf etmiş sivilizasiyanın nümayəndələri tikiblər”, - Pavlov bildirib.
Bundan əvvəl Böyük Britaniyanın "Daily Mail" qəzeti Misirdə Böyük Sfinksin görünüşünün yeni versiyası haqqında material dərc etmişdi. Məqalədə deyilir ki, qədim abidə misirlilərin əli ilə deyil, qaya üzərində küləyin təsiri ilə “yaradılıb”.
S.ELAY
XQ