Tısbağalar delfinlərlə necə “danışır”?

post-img

Böyük dəniz tısbağaları delfinlərin dilini başa düşürlər. Hind okeanındakı Nikobar adalarının sahillərinə yumurta qoymaq üçün üzən tısbağalar dərhal sahilə çıxmır, sahildəki vəziyyəti qiymətləndirən delfinlərdən xüsusi siqnal gözləyirlər. Əgər sahildə hər şey qaydasındadırsa (düşmən yoxdur, yaxşı hava və s.), delfinlər özəl səsdən istifadə edirlər. Yalnız bundan sonra tısbağalar sahilə doğru üzürlər. 

İstini çox sevən dişi tısbağa qumda çala qazaraq yumurtalarını basdırır. Bununla da on­ların övladlarına qayğısı sona çatır. Tısbağa balaları yumurtadan çıxan andan sərbəst həyat sürməyə başlayırlar. Balalar əvvəl çox sürətlə böyüyürlər. Sonra sürət tədricən azalır. Amma maraqlısı budur ki, böyümə bütün həyatları boyu davam edir. 

Tısbağaların bədən istiliyi digər “qohum”la­rından nisbətən yüksək olduğundan, onlar daha soyuq sularda yaşaya bilirlər. Amma bu zaman tısbağalar daxili istiliyi saxlamaq üçün çox aktiv qidalanmalıdırlar.

Ən məşhur quruda yaşayan tısbağalar isə Galapaqos tısbağalarıdır. Onların ağırlığı 400 ki­loqrama, uzunluğu 1,8 metrə çatır. Üzərində mü­şahidə aparılan tısbağalardan biri 170 il yaşayıb.

P.ƏFƏNDİ
XQ

Maraqlı