Gün yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı eh­timalı var. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 4-7°, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gün­düz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya