Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi üzrə qeydiyyat başlanır.
BŞTİ-dən XQ-yə bildirilib ki, oktyabırın 29-dan başlayan qeydiyyat prosesi noyabırın 4-ü saat 17:00-da başa çatacaq. Vakant yerlər üzrə qeydiyyatdan bu il avqustun 29-da keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 45-60 bal aralığında nəticə göstərmiş namizədlər keçə bilərlər.
Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.
Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin olunacaqlar.
Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməsi mütləqdir.

