Ayılara restoran qonaqlığı...

post-img

Qış yuxusuna gedə bilməyən ayılar Uludağda (Türkiyə) yerləşən turizm məkanlarından birinə hücum ediblər. Görünür, meşədə yemək tapa bilməyən heyvanlar ərazidə yerləşən Sarıalan yaşayış məntəqəsinə gələrək yemək axtarmağa başlayıblar. 

Bunu görən sakinlər heyvanların hərəkətlərini lentə alıblar. Ayılardan biri onların videosunu çəkən adamlara hücum edib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sağ olsunlar, ərazidəki restoran sahibləri ayılara yemək veriblər. 

Qeyd edək ki, adətən, yeddi aya qədər qış yuxusuna gedən ayılar bu dəfə hansısa səbəblər üzündən yat­mağı “unudublar”. 

FİDAN
XQ

Maraqlı