“Daban mahmızı”na çarə – türkəçarə

post-img

El arasında çoxları “daban mahmızının çarəsi yoxdur” – fikri ilə razılaşırlar. Çünki belə insanlar müxtəlif müalicə götürüb nəticə görməyəndən sonra əllərini üzürlər. Mütəxəssislər bildirirlər ki, daban mahmızının (şporu) müalicəsi üçün yaxşı təsir edən türkəçarələr var. Onlardan biri də kartofla hazırlanan məlhəm reseptidir. 

Bunun üçün kartof, təmiz bal və kələm götürülür. Kartofun qabığı soyulmadan dabana qo­yulacaq formada halqa-halqa doğranır. Kiçik kələm yarpağı bıçaqla müxtəlif yerlərdən de­şilir, üzərinə bir çay qaşığı bal sürtülür.

Karfof dilimi dabana qoyu­lur, ballı kələm yarpağı ilə üstü örtülür. Ayağa salafan torba ke­çirib, üstündən sıxan, dar yun corab geyilir ki, kartof tərpən­məsin.

Bütün gecə dabanda qalır və səhər götürülür. Bu müalicə üsulu mütləq 10 gün təkrarlan­malıdır. Müalicənin sonunda mahmızın yumşaldığı, ağrının azaldığı müşahidə edilir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat