Amazon planetin “ağ ciyəri”dir

post-img

Amazon meşələri 5,5 milyon kvadratkilometr ərazini əhatə edir. Onun cəngəlliyi böyük miqdarda karbon qazını udaraq Yerdəki oksigenin əhəmiyyətli bir hissəsini istehsal edir: buna görə də bu meşələri tez-tez planetin ağciyərləri adlandırırlar. 

Amazon meşələri dünyanın ən zəngin canlı aləminə (bitki örtüyü və heyvanat aləmi) malik olan ərazidir. Alimlərin fikrincə, meşə ərazisində dörd yüzdən artıq heyvan növü yaşayır və yerli sularda yaşayan üç min­dən artıq müxtəlif növ balıq var. Hələ də orada yaşayan canlı aləmin dəqiq şəkildə siyahısı müəyyən edilməmişdir və buna görə də tez-tez yeni canlıların tapılması hallarına rast gəlmək olur. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməyə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş ictimai icma quruluşunda yaşayan insanlara belə rast gəlinir. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı