Yer qabığı bir neçə nəhəng hissədən – tektonik plitələrdən ibarətdir. Bu plitələr mantiyanın yuxarı təbəqəsi ilə birlikdə daim hərəkət edir.
Havay adaları Sakit okean plitəsinin orta hissəsində yerləşir və Alyaskanın yerləşdiyi Şimali Amerika plitəsinə doğru yavaş-yavaş şimal-qərb istiqamətində sürüşür. Hər il Alyaskaya 7,5 santimetr yaxınlaşır.
Xatırladaq ki, Havay adaları 24 adadan və atoldan, eyni zamanda Sakit okeanın şimalında yerləşən çox sayda xırda adalardan ibarət arxipelaqdır.. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır. Adalar ABŞ-ın 50-ci ştatını təşkil edir.
P.ƏFƏNDİ, “Xalq qəzeti”