Yer planeti 2,3 milyard ildən sonra

post-img

Yer 2 milyard 300 milyon ildən sonra indiki Marsa bənzər geniş səhraya çevriləcək. Yüz milyonlarla ildir ki, Günəş isinir, daha da parlaqlaşır və qızmaqda davam edir. 

Təxminən, 2 milyard il və ya daha çox müddətdə tempe­ratur o qədər isti olacaq ki, Yer kürəsini yaşayış üçün əlverişli edən okeanlar buxarlanacaq. Bütün planet sonsuz səhraya çevriləcək. Alimlərin proqnozlaşdırdığı kimi, yaxın bir neçə milyard il ər­zində Günəş qırmızı nəhəngə çevriləcək və Yeri tamamilə udacaq - planetin sonu mütləq gələcək. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı