Ukrayna – İngiltərə matçı Polşada keçiriləcək

post-img

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna - İngiltərə oyununun yeri müəyyənləşib. 

Qarşılaşma Polşada keçiriləcək. 

Görüş sentyabrın 9-da 45 min ta­maşaçı tutumuna malik Vrotslav şəhər stadionunda oynanılacaq. Bu arena Polşa və Ukraynanın birgə təşkil etdiyi “Avro-2012”nin oyunlarına ev sahibliyi edib. 

Qeyd edək ki, martda “Uembli” sta­dionunda “Avro-2024”ün seçmə mər­hələsi çərçivəsində İngiltərə – Ukrayna oyunu keçirilib və meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. 

S.RZAYEVA, “Xalq qəzeti”

İdman