“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask yeni qurumunu təqdim edib. Süni intellekt sahəsində fəaliyyət göstərəcək şirkət “xAI” adlandırılıb.
Məlumata görə, yeni komanda “DeepMind”, “OpenAI”, “Google Research”, “Microsoft Research”, “Tesla” kimi şirkətlərdə çalışıb. Əməkdaşların süni intellekt sahəsinə töhfələr verdiyi, innovativ üsullarla təhlillər təqdim etdiyi və bu sahədə ən böyük irəliləyişlərin inkişafına öncülük etdiyi bildirilib.
Şirkətin internet saytında verilən açıqlamada qeyd olunub ki, “xAI” şirkətinin məqsədi “kainatın əsl mahiyyətini anlamaq”dır. Bu qurum uğur əldə etmək üçün digər şirkətlərlə sıx əməkdaşlıq edəcək.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”