Çinin “LandSpace” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.
Qobi səhrasındakı “Jiuquan” peyk buraxılış mərkəzindən buraxılan raket yükünü orbitə uğurla çıxarmış metanla işləyən ilk peyk olub. Raketin uzunluğu 49,5, diametri isə 3,35 metrdir, yükdaşıma qabiliyyəti 4 tondur.
Qeyd edək ki, “Zhuque-2” bu sektorda yüksək performans və aşağı əməliyyat xərclərinə görə kosmik sənayedə yeni bir uğur sayılır.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”