Azərbaycanın işğaldan azad edilmiş bölgələri yeni sakinlər tərəfindən məskunlaşdıqca burada həyat canlanır, insanlar doğma torpaqlarında quruculuq, təsərrüfat fəaliyyətinə başlayırlar.
Fonddan XQ-yə bildirilib ki, bir qədər əvvəl Xocalı rayonun yenicə məsəkunlaşdırılmış Ballıca və Xanyurdu kəndlərinin sakinlərinə torpaq sahələri ayrılaraq kənd təsərrüfatı ilə məşğul olmaq şəraiti yaradılıb.
Bu prosesin davamı olaraq Aqrar Sığorta Fondu tərəfindən Ballıca vçə Xanyurdu kəndlərinin sakinləri üçün aqrar sığorta təlimi keçirilib.
Aqrar Sığorta Fondu tərəfindən Ballıca kəndində təşkil edilən təlimdə hər iki kəndin 40-a yaxın sakini, fermerlər, kooperativ rəhbərləri və üzvləri iştirak ediblər.
Görüşdə yerli sakinlər təsərrüfatla məşğul olmaq planlarını bölüşüb, tarla bitkiləri əkmək, meyvə bağı salmaq, heyvandarlıq təsərrüfatı yaratmaq istədiklərini bildiriblər.
Fond nümayəndələri aqrar sığorta mexanizmi, onun işləmə prinsipi, təsərrüfatları hansı formada qoruması, Qarabağda sığorta imkanları barədə geniş təqdimatla çıxış ediblər.
Fermerlərə aqrar sığortanın əhatə etdiyi bitkilər və hadisələr barədə məlumat verilib, bildirilib ki, aqrar sığorta əkin sahələrini bütün əsas risklərdən – fırtına, qasırğa, sel-subasma, dolu, leysan, normadan artıq qar yağması, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardan qoruyur.
Eyni zamanda aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını – iri və xırda buynuzlu heyvanları yolucuxu xəstəliklər, təbii fəlakətlər, ilan və həşarat sancması, otdan və yemdən zəhərlənmə, vəhşi heyvanların hücumu və sair hallardan sığortalamaq mümkündür. Bu hallar nəticəsində dəymiş zərərləri Aqrar Sığorta Fondu qarşılayır.
Yerli sakinlərə xatırladılıb ki, Qarabağın iqlimi mürəkkəb və təbiət hadisələri ilə zəngindir, bu hadisələrin zərərindən qorunmaq üçün təsərrüfatları sığortalamaq vacibdir, bunun üçün sadəcə Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə mürciət etmək kifayətdir.
Olduqca səmimi şəraitdə keçən görüşdə yerli sakinlər aqrar sığortaya böyük maraq göstərib, onları maraqlandıran sual və təklifləri səsləndiriblər. Bütün suallar ətraflı cavablandırılıb, fermerlərə ətraflı izahat verilib.
Sonda yerli sakinlər və Aqrar Sığorta Fondunun Qarabağ müharibəsi iştirakçısı olan qazi əməkdaşı Vüqar Kərimovun iştirakı ilə xatirə şəkli çəkilib, sakinlərə hədiyyələr təqdim edilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


.jpg) 
                                .jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
 
                                                                 
                                                                .jpeg) 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    