Ağcaqanad da qadınları çox “sevir”

post-img

Havalar istiləşdikcə ağcaqanadların sayı çoxalır. Bu da hamı üçün əsl narahatlığa çevrilir. Araşdırmalara görə, B qan qrupu olan insanları ağcaqanadların sancması ehtimalı aşağıdır, lakin bu, digər qan qrupları üçün o qədər də yaxşı xəbər deyil.

Mütəxəssislərin sözlərinə görə, bəzi insanlar kimi, ağcaqanadlar da isti ha­vanı sevirlər. Birinci qan qrupundan olanlar üçün bu, xatalı ola bilər.

Ağcaqanadlar da müəyyən qan qruplarına üstünlük verirlər. Ən çox O(I), sonra A(II) qan qrupunu xoşlayır, B(III) qan qrupunu isə daha az sevirlər. Tədqiqat da bunu təsdiqləyir: O (I) qan qrupu qansoranların sevimlisidir.

Tədqiqat qrupu müxtəlif qan qrup­larından 64 nəfəri araşdıraraq Asiya pələngi ağcaqanadlarının kimlərə hü­cum etdiyini öyrənib. Nəticədə, O(I) qan qrupu uçan həşəratların ən çox hücum etdiyi hədəf olub. Dişləmə üçün başqa bir risk cins amili ola bilər. Ağcaqanad­lar daha çox qadınları dişləyir.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Maraqlı