Ali Məclis Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında təmsil olunur

post-img

31 mart – 2 aprel 2026-cı il tarixlərində Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası keçirilir.

Beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri də iştirak edirlər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Bu haqda “Xalq” qəzetinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sessiyanın müzakirələrinin mərkəzində müasir demokratiyanın üzləşdiyi ciddi çağırışlar - böhran vəziyyətində yerli demokratiya, təhlükəsizlik və müdafiə, regional inkişaf, yeni texnologiyalar və sosial hüquqlar kimi məsələlər dayanır. 

Qeyd edək ki, konqresin 50-ci sessiyası gündəlikdəki məsələlərlə bağlı müzakirə və çıxışlarla davam edir. 

Səbuhi HƏSƏNOV

 









Son xəbərlər