Qambiya ilə əməkdaşlıq müzakirə edilib

post-img

Fevralın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Ötən ilin sentyabr ayında imzalanmış "Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"na uyğun olaraq, iki ölkənin Xarici İşlər nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin qarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbər tədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə qarşı tərəfə məlumat verilib.

XQ

Son xəbərlər