Ali Məclis deputatlarının payız sessiyası dövründə  ictimai-siyasi fəaliyyəti

post-img

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları tərəfindən 2024-cü ilin payız sessiyası dövründə 218 dəfə vətəndaşlarla görüş keçirilib, ümumilikdə, 981 vətəndaş müraciəti qəbul olunub. Müraciətlərin həlli istiqamətində işlər aparılıb, aid qurumlarla əlaqələndirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, Ali Məclisin deputatları payız sessiyası dövründə media ilə aktiv əməkdaşlıq ediblər. Belə ki, deputatların müxtəlif qəzet və informasiya saytlarında, ümumilikdə, 70-ə yaxın məqaləsi dərc olunub. Həmçinin onlar 30-dan çox televiziya və radio verilişlərində qonaq olub, ölkəmizdə baş verən mühüm hadisələr, əlamətdar günlər, Azərbaycanın ev sahibliyi etdiyi COP-29 beynəlxalq konfransı, “Yaşıl dünya naminə həmrəylik ili”, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, habelə müxtəlif sosial-iqtisadi və siyasi məsələlərlə bağlı fikirlərini bölüşüblər. Media vasitəsilə ölkə ictimaiyyətinə dövlət proqramları, iqtisadi inkişaf strategiyaları və muxtar respublikada həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat verilib.

Deputatlar bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında, ölkəmizin digər şəhər və rayonlarında, həmçinin xarici ölkələrdə keçirilən 279 ictimai-siyasi, iqtisadi, mədəni və elmi tədbirlərin iştirakçısı olublar.

 

Son xəbərlər