“X” sosial şəbəkəsinin qurucusu və “Tesla” şirkətinin baş direktoru İlon Mask “Open AI”yə (süni intellekt araşdırma mərkəzi) nəzarət edən qeyri-kommersiya təşkilatını satın almaq üçün 97,4 milyard dollar təklif edib.
Onun bu iddiasını “OpenAI”nin baş direktoru Sam Altman müsbət qarşılamayıb. Bu təklifə cavab olaraq Bazar Altman dərhal “X”də yazıb: “Xeyr, təşəkkür edirəm, amma istəsəniz, “Twitter”i 9,74 milyard dollara ala bilərik”.
Mask bildirib ki, “OpenAI” qeyri-kommersiya təşkilatından kommersiya məqsədli təşkilata keçməyə çalışır. Onun sözlərinə görə, ən yaxşı AI modellərini inkişaf etdirmək üçün lazım olan kapitalı təmin etmək lazımdır.
Qeyd edək ki, bu təklif digər iri sərmayəçilər tərəfindən də dəstəklənir. Təklifi müsbət, yaxud mənfi dəyərləndirmək səlahiyyəti isə “OpenAI”nin idarə heyətinin üzərinə düşür.
S.FİDAN
XQ