Rusiya əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı və saxlanması ittihamı üzrə məhkum olunmuş ABŞ vətəndaşı Mark Foqeli sərbəst buraxıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Mark Foqelin azadlığa buraxılmasını şərh edib. Ağ evin başçısı ümidvar olduğunu bildirib ki, bu hadisə Ukraynada münaqişəyə son qoyulması prosesinin “çox mühüm hissəsi” olacaq. Tramp yaxın vaxtlarda daha bir amerikalının sərbəst buraxılacağına işarə edib.
Amerikalı müəllim Mark Foqel 2021-ci ilin avqustunda Şeremetyevo aeroportunda narkotik vasitələrin qaçaqmalçılığı və saxlanması ittihamı ilə saxlanılmışdı. 2022-ci ildə məhkəmə onun barəsində 14 il azadlıqdan məhrumetmə hökmü çıxarmışdı.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva